Azərbaycanda siqaret çəkən məktəblilərin sayı artır
16 aprel 2013 10:55 (UTC +04:00)

Azərbaycanda siqaret çəkən məktəblilərin sayı artır

“Ölkəmizdə 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır”.

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, bu nəticələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olub. Onun sözlərinə görə, 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. C. Məmmədov bildirib ki, Azərbaycanda bu istiqamətdə görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.

 

# 1542

Oxşar yazılar