Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
APA-nın məlumatına görə, indiyə qədər notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərirdi.
Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminin yaradılması ilə əlaqədar notariusların üzərinə əlavə öhdəlik qoyulub. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərməlidir. Eyni zamanda bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na deyil, “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Ədliyyə Nazirliyi də artıq “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na deyil, “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərəcək.
Bu vaxta qədər müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərib. Dəyişikliyə əsasən bundan sonra müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsinin müqavilə, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə “Elektron notariat” informasiya sistemi vasitəsilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərəcək. Eyni zamanda Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə veriləcək.
Təlimata edilən əlavəyə əsasən bundan sonra notariat hərəkətlərinin aparılmasından əvvəl notarius “Elektron notariat” informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. “Elektron notariat” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyi ilə notariat kontorları arasında yazışmalar da aparılacaq.

Ev və avtomobil alqı-satqısı ilə bağlı notariusların öhdəliyi artırıldı
Oxşar yazılar

Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24
Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA
1 avqust 2025 , 17:09
500-dən çox bal toplayan bu abituriyentlər ali məktəbə qəbul olmaya bilərlər - Səbəblər AÇIQLANDI
1 avqust 2025 , 16:25