Azərbaycanda dünyanın ən böyük məscidi tikiləcək
03 aprel 2013 23:11 (UTC +04:00)

Azərbaycanda dünyanın ən böyük məscidi tikiləcək

Bakının Qaradağ rayonu, Xəzər dənizinin sahilində dünyanın ən böyük məsçidi tikiləcək. Məscid "Xəzər adaları"nda (Khazar Islands) tikiləcək.


"Novosti Azərbaycan"ın məlumatına görə, bu barədə layihənin rəhbəri İbrahim Nehrəmi məlumat verib. Onun sözlərinə görə, bu məscid Pakistanın paytaxtı İslamabaddakı Şah Feysəl məscidindən də böyük olacaq.



Qeyd edək ki, Şah Feysəl məscidi Ginnesin rekordlar kitabına düşüb. Tikintisinə 1976-cı ildə başlanan məsçid, 1986-cı ildə istifadəyə verilib. Məscid 120 milyon ABŞ dollarına başa gəlib.

 

# 6653
avatar

Oxşar yazılar