Avtovağzal Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir
06 avqust 2019 11:03 (UTC +04:00)

Avtovağzal Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 
 
Bu barədə Lent.az-a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı, bütün zəruri tədbirlər görüləcək:
 
"Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.
 
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. Həmçinin "onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər".
 
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qanunsuz sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar