Ali Neft Məktəbi “Total E&P Azerbaijan” la  protokol imzaladı
10 aprel 2013 13:36 (UTC +04:00)

Ali Neft Məktəbi “Total E&P Azerbaijan” la protokol imzaladı

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Total E&P Azerbaijan” şirkətinin baş meneceri  Kristian Jüdiselli arasında “Əməkdaşlıq Protokolu” imzalanıb. Lent. az-ın məlumatına görə, imzalanma mərasimində Fransanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və digər qonaqlar  iştirak ediblər. Sənəddə “Total E & P Azerbaijan” şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi və Fransanın  neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və başqa məsələlər  öz əksini tapıb. 

Tədbirdə çıxış edən rektor bildirib ki, artıq dünyaya inteqrasiya etmiş Azərbaycan Respublikası üçün beynəlxalq standartlara cavab verən kadrların hazırlanması prioritet məsələyə çevrilib. Prezident İlham Əliyevin  rəhbərliyi ilə  yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində bir çox uğurlu təhsil islahatları həyata keçirilməkdədir: “Dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq Bakı Ali Neft Məktəbi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan  böyük təcrübəyə malik “Total E&P Azerbaijan” şirkəti ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir”.

Səfir P. Mönye qeyd edib ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara  cavab verən belə bir ali təhsil müəssisəsinin  yaradılması və qısa vaxt ərzində yüksək  nailiyyətlər əldə olunması təqdirəlayiq haldır.

“Total E&P Azerbaijan” şirkətinin baş meneceri  Kristian Jüdiselli çıxış edərək bildirib ki,  Şirkət Azərbaycanda təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrin həyat keçirilməsinə dəstək verib.

# 540
avatar

Oxşar yazılar