(R) ZQAN Holdinq uşaqlar üçün yeni il şənliyi keçirib
27 dekabr 2012 16:52 (UTC +04:00)

(R) ZQAN Holdinq uşaqlar üçün yeni il şənliyi keçirib

Azərbaycanın iri holdinqlərindən hesab olunan ZQAN Holdinq yeni il bayramı ərəfəsində Beynəlxalq Ticarət Mərkəzində uşaq evləri, internat məktəblərində yaşayan və xüsusi xəstəliklərdən əziyyət çəkən 600-dən çox uşaq üçün 3 seansdan ibarət geniş bayram proqramı təşkil edib. Şənlikdə holdinqin kollektivi uşaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onlarla birlikdə əylənib və bayram hədiyyələrini təqdim ediblər.

 

Tədbirdə iştirak edən ZQAN Holdinq-in İdarə Heyətinin sədri Vaqif Həsənov bu tipli aksiyaların vacibliyini vurğulayıb. «Xeyriyyə aksiyası bizim Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində keçirilən növbəti tədbirimizdir. Aksiyanı keçirməkdə əsas məqsədimiz hər bir uşağa onun maddi, fiziki və sosial vəziyyətindən asılı olmayaraq bayram sevinci yaşatmaqdır. Bununla bağlı ZQAN Holdinq-in əməkdaşları bayramı uşaqlarla qeyd etmək üçün tam kollektiv ilə iştirak edir. Ümumiyyətlə bu tipli aksiyalar uşaqlarda motivasiya və ruh yüksəkliyini qaldırır, bu isə öz növbəsində onların gələcək həyatları üçün çox vacibdir», - deyə V.Həsənov bildirib.

 

Qeyd edək ki, ZQAN Holdinq mövcud olduğu müddətdə müxtəlif xeyriyyə layihələrinə imza atıb. Belə ki, holdinqə məxsus şirkətlərdən biri olan M-Trans uzun müddətdir ki Bakıdakı 1 saylı uşaq evinə maddi dəstək göstərir.

 

ZQAN Holdinq Azərbaycanın Bakı şəhərində uğurlu və dinamik idarəetmə şirkəti kimi fəaliyyət göstərir. ZQAN Holdinq ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu tikinti məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar