"Bank of Baku" uşaq tamaşasına sponsorluq etdi!
01 aprel 2013 16:27 (UTC +04:00)

"Bank of Baku" uşaq tamaşasına sponsorluq etdi!

“Bank of Baku”  valideyn himayəsindən məhrum olmuş və ailələrdən olan uşaqlar üçün Gürcüstanın “Multi-Pulti” uşaq teatrının quruluşunda “Maşa və ayı” tamaşasının nümayişini təşkil edib. Azərbaycan  Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda təşkil olunan tamaşa Azərbaycan Akademik Milli Dram Teatrında baş tutub.  Bakı şəhərinin müxtəlif uşaq evləri və internat məktəblərinin yüzlərlə sakini və bankın əməkdaşlarının uşaqları məşhur multiplikasiya personajlarından ibarət tamaşanı böyük sevinc və məmnunluq hissi ilə seyr ediblər.

 

“Maşa və ayı” tamaşasının nümayişi “Yazı birgə qarşılayaq” şüarı altında baş tutub. Tamaşanın məhz bu formatda keçirilməsində məqsəd hər bir uşağın harada böyüməsindən və sosial statusundan asılı olmayaraq  inkişaf etmək və birlikdə əylənmək hüququnun olduğunu xüsusi olaraq vurğulamaq idi.

 

Uşaq tamaşasının sponsorluğu tam olaraq “Bank of Baku” tərəfindən həyata keçirilib.

 

“Bank of Baku” korporativ sosial məsuliyyət təşəbbüsünə sadiq qalaraq bu cür xeyriyyə aksiyalarını gələcəkdə də davam etdirəcəkdir.

 

“Bank of Baku”  aksiyaya verdikləri hərtərəfli dəstəyə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Akademik Milli Dram Teatrına xüsusi təşəkkürünü bildirir.

 

# 1152
avatar

Oxşar yazılar