
Meyitdən orqan transplantasiyasına hazırıqmı?
Azərbaycanda gələn ildən etibarən orqan transplantasiyası və süni mayalanmanın limitli şəkildə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi planlaşdırılır. Bu barədə Lent.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib.
Proseslə bağlı bəzi məqamlara aydınlıq gətirən deputatın sözlərinə görə, orqan donorluğu və transplantasiyasının müəyyən hissəsinin və ya imkan olarsa tam hissəsinin icbari tibbi sığorta tərəfindən maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılır: “İcbari tibbi sığorta proqramı işə düşdükdən sonra bu məsələlər dəqiqləşəcək. Bahalı translantasiyalar var. Ölçüb biçmək lazımdır”.
M.Quliyevin dediyinə görə, bəzi ölkələrdə icbari tibbi sığorta orqan nəqlində lazım olan vəsaiti tam, bəziləri müəyyən qismini qarşılayır.
Azərbaycanda meyitdən orqan köçürülməsi işinin qurulmadığını deyən deputat, canlı donordan orqan köçürülməsi prosesinin də elə çox olmadığını vurğulayıb: “İlkin mərhələlərdə bunları tibbi sığorta qarşılaya bilər. Meyitdən orqan nəqli prosesi həyata keçirilənə qədər yəqin ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəsaiti çox olar və həyata keçiriləcək bütün əməliyyatların müəyyən hissəsini qarşılayar”.
Millət vəkili bildirib ki, Azərbaycanda meyitdən orqan köçürülməsi işinin hüquqi əsaslarının yaradılması istiqamətində işlənilir. Azərbaycanda orqan nəqlini həyata keçirə biləcək tibbi mütəxəssislərin də kifayət qədər olduğunu deyən M.Quliyev məsələnin əsas çətin tərəfinə toxunub: “Meyitdən orqan nəqlinin həyata keçirilməsinin çətin hissəsi insanların mənəvi-psixoloji cəhətdən bu işə hazırlanmasıdır. Yəqin bundan ötrü müəyyən vaxt lazım olacaq”.
Süni mayalanma prosesinin həyata keçirilməsində icbari tibbi sığortadan yararlanmaq məsələsinə gəlincə, deputat bu məsələnin hələ dəqiqləşmədiyini deyib: “Reproduktiv sağlamlığın qorunması haqqında qanun hələ qəbul olunmayıb. Hazırda Milli Məclisin Komitəsində müzakirədədir. Yəqin ki, sosial cəhətdən müdafiəyə ehtiyacı olan insanların süni mayalanması icbari tibbi sığorta fondunun vasitəsilə həyata keçirilər. Ya da maksimal bir varinat seçilərək müraciət edən bütün əhaliyə şamil edilə bilər. Bu, hələ dəqiqləşməyib”.
Oxşar yazılar

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı
11 aprel 2025 , 08:36
Üzü günəşə doğru - İnternat hekayələri - I HİSSƏ-VİDEO
10 aprel 2025 , 21:23
Taksi sürücülərinə 10 saatdan artıq işləmək qadağan edilməlidir - HÜQUQŞÜNAS
10 aprel 2025 , 20:23
Bu məşhur corablar ayaqlara çox ZƏRƏR VERİR
10 aprel 2025 , 19:06
Leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA
10 aprel 2025 , 18:17
Sabah Zaqatalanın bu kəndinin qazı kəsiləcək
10 aprel 2025 , 17:42
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
10 aprel 2025 , 17:29