"Azərbaycan vəkili" jurnalı nəşr edilib
29 aprel 2013 10:51 (UTC +04:00)

"Azərbaycan vəkili" jurnalı nəşr edilib

Bu günlərdə Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş yeni nəşr işıq üzü görüb. Lent.az-ın məlumatına görə, "Azərbaycan vəkili" adlı bu nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub. Nəşr Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşkil etdiyi elmi-praktik konfransda hüquq ictimaiyyəti üçün təqdim olunub.

 

Nəşrin baş redaktoru, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırovun sözlərinə görə, bu, indiyə kimi vəkillik sahəsinə həsr olunmuş ilk jurnal olmaqla Azərbaycanda vəkillərin bu formatda yeganə tribunası olacaq. A.Bağırovun sözlərinə görə, jurnal məzmun baxımından rəngarəngliliyi ilə seçilməklə orada ölkəmizin tanınmış vəkilləri ilə müsahibələr, müxtəlif müəllif yazıları, nümunəvi yerli və beynəlxalq məhkəmə aktları, habelə yerli və beynəlxalq xəbərlər əks olunub.

Qeyd edək ki, nəfis tərtibat ilə çapdan çıxan jurnal rüblük 1000 tirajla buraxılmaqla ölkəmizin vəkil korpusu və aidiyyəti hüquqşünaslar arasında pulsuz paylanılacaq. Maraqlananlar jurnalı aşağıdakı ünvandan əldə edə bilər:

# 506
avatar

Oxşar yazılar