“İctimai Televiziya və Radio Yayımları Şirkətindən neçə əməkdaşının işdən çıxarılması hələ dəqiqləşdirilir”. Bu barədə Lent.az-a İTV-dən məlumat verilib. Məlumatda o da deyilir ki, işdən çıxarılanlar öz ərizələri ilə vəzifələrindən kənarlaşdırılıblar.
Xatırladaq ki, Lent.az-ın əldə etdiyi məlumata görə, teleşirkətin 14 əməkdaşı işdən çıxarılıb. İşdən azad olunanlar İTV-nin müxtəlif departament və şöbələrində çalışıblar.