“Azərsu”  əməkdaşlıq sazişi imzaladı
10 aprel 2013 18:31 (UTC +04:00)

“Azərsu” əməkdaşlıq sazişi imzaladı

 

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Macarıstan Respublikasının “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti (Waterworks of Budapest Plc. şirkəti) arasında əməkdaşlıq sazişi imzalanıb.

 

 Cəmiyyətinin  Mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, sazişi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və  “Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy imzalayıblar.

 

İmzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri  Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib,   bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Qorxmaz Hüseynov sistemlərin dünya standartları səviyyəsində qurulması məqsədi ilə layihələrin icrasında ən yeni texnologiyalardan istifadə edildiyini, su təchizatı və kanalizasiya infrastrukturlarının müasir metodlarla idarə edilməsinə üstünlük verildiyini söyləyib.

 

“Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd edib və içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək dəyərləndirib. O, Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izlədiklərini bildirib. 

# 630
avatar

Oxşar yazılar