Məktəblilərin yaz tətili günləri <span style="color:red;">AÇIQLANDI
04 mart 2014 17:29 (UTC +04:00)

Məktəblilərin yaz tətili günləri AÇIQLANDI

 

 

Təhsil Nazirliyi orta məktəblərin yaz tətili günlərinin müddətini açıqlayıb. Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, orta məktəblərdə yaz tətili martın 17-dən başlayır. 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər martın 27-si, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 26-sı başlayır.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü sayılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12001

Oxşar yazılar