MSK-nın iclası keçirilib
26 iyul 2013 17:07 (UTC +04:00)

MSK-nın iclası keçirilib

MSK-nın iclası keçirilib

 

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov qurumun yaxın gələcəkdə qarşıda duran vəzifələri haqda danışıb. M. Pənahov seçkilərin keçirilməsinə hazır olduqlarını deyərək, KİV-lərin seçkilərlə bağlı keçirilən tədbirləri lazımı səviyyədə işıqlandırmasını istəyib. M. Pənahov maarifləndirici seminarların keçirilməsi haqda danışaraq, bu kursların yaradıcı olmasının əhəmiyyətini də vurğulayıb.

MSK katibi Natiq Məmmədov “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair çıxış edib.

MSK katibi Arifə Muxtarova və qurum üzvü Şaitdin Əliyev bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər haqda məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar