İtaliyada «Azərbaycanda qadınların rolu» seminar
06 aprel 2013 06:13 (UTC +04:00)

İtaliyada «Azərbaycanda qadınların rolu» seminar

İtaliyanın aparıcı tədqiqat qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romanın Qrand Otel Plaza mehmanxanasının konfrans zalında “Azərbaycanda qadınların rolu” adlı seminar keçirib.

 

Lent.az-a Azərbaycanın İtaliyadakı səfirliyindən daxil olan məlumata görə,tədbiri BMİ-nin direktor müavini xanım Natali Toççi açmışdır. Daha sonra BMİ-nin tədqiqatçısı Nona Mikelidze, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova, London Universitetinin Şərq və Afrika Tədqiqatları Fakültəsinin elmi işçisi Fəridə Heyət və İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo çıxış ediblər.

 

Tədbir zamanı qadınların Azərbaycan tarixində rolu, ölkəmizin müstəqillik əldə etdiyi illər ərzində qadınların hüquqlarının qorunması sahəsində aparılmış islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş qadınların hüquqlarının bərpası və qorunması, ailə və qadın məsələləri sahəsində əldə olunmuş nailiyyətlər, mövcud problemlər barədə məlumat verilib və onların aradan qaldırılması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun  nümayəndələri iştirak edib.

# 478
avatar

Oxşar yazılar