148 kiloqram çəkisi olan xəstəyə qaraciyər köçürüldü
29 iyul 2013 17:01 (UTC +04:00)

148 kiloqram çəkisi olan xəstəyə qaraciyər köçürüldü

 Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsində cərrah-transplantoloq Mircəlal Kazıminin başçılığı altında 8-ci Gürcüstan vətəndaşına qaraciyər köçürülüb.

 

Bu barədə APA-ya açıqlamasında cərrah Mircəlal Kazımi məlumat verib. O bildirib ki, bu faktın  maraqlı tərəfi hepatit C nəticəsində qaraciyər sirrozundan əziyyət çəkən xəstənin çəkisinin 148 kq olmasıdır. Onun sözlərinə görə, adi hallarda sədə cərrahi əməliyyatlara alınması belə, yüksək riskli olan bu çəki ilə xəstəyə qaraciyər transplantasiyası uğurla həyata keçirilib: “Xəstənin həddən artıq  kilolu olması üzündən ona donor tapılması problemli idi. Buna görə də qərara alınmışdı ki, bu xəstəyə ilk öncə iki donordan - iki yaxın qohumundan eyni vaxtda qaraciyərin bir hissəsi (bir donorun sağ, digərinin sol payı) alınıb köçürülsün. Lakin sonradan xəstənin bacısı oğlu da könüllü olaraq dayısına donorluq edəcəyinin bəyan etdi. Bu donorun qaraciyər ölçüləri qənaətbəxş olduğundan əməliyyata qərar verildi. Əməliyyat uğurla başa çatdı və hazırda xəstənin vəziyyəti normaldır”.

 

M.Kazımi qeyd edib ki, yaxın gələcəkdə mərkəzdə qan qrupu uyğun olmayan xəstələrin və bilobar - iki müxtəlif donordan qaraciyərin bir hissəsi alınmaqla qaraciyər transplantasiyası həyata keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar