Uşaq hüquqları aylığı çərçivəsində uşaqlar maraqlı təşəbbüslə çıxış etdilər
03 noyabr 2022 12:00 (UTC +04:00)

Uşaq hüquqları aylığı çərçivəsində uşaqlar maraqlı təşəbbüslə çıxış etdilər

Ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir. Bu il həmin Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur.

Hər il “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət qurumları tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur.

Lent.az-a açıqlama verən Bakı şəhər 59 saylı məktəbin müəllimi Xatirə İmanova bildirib ki, məktəb yalnız uşaqlara təlim, təhsil verməklə qalmayıb , eyni zamanda onların öz hüquqlarından xəbərdar olması, azad vətəndaş kimi böyüməsi yönündə də müəyyən tədbirlər görür. Bu il də uşaqlarımız “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak edib, öz əl işlərini, yaradıcılıqlarını nümayiş etdiriblər. Bu dəfə təşəbbüsü uşaqlara həvalə etdik, aylığı məhz onların istəyi şəklində tərtib etdik. “Uşaq Hüquqları Aylığı” şərçivəsinə şagirdlərimizin tarixi muzeylərə, şəhidlər xiyabanına səfərləri təşkil olundu. Yaşlarının az olmasına baxmayaraq, şagirdlərimiz mənəvi məsuliyyəti dərk edir, mənəvi dəyrlərə qiymət verərək böyüyürlər. Hər sinifimiz bir şəhid ailəsini hamiliyə götürdü. Tez-tez baş çəkir, qayğıları ilə maraqlanır, əllərindən gələn köməyi edirlər. Bizim uşaqlarımız bu il tərtib olunan aylıqda öz hüquqlarını bax bu şəkildə nümayiş etdirdilər. Şüarları oldu. Himnimizdəki kimi, əsgərimiz hüququndan keçib, canını fəda elədisə, biz də onların doğmalarına özümüzü doğma etmək hüququ qazanaq”. Biz müəllimləri olaraq bu təşəbbüsdən çox məmnun qaldıq”,- deyə o qeyd edib..

# 3342
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar