TikTok-dakı fırıldaqçılar – Falçılar insanları belə aldadırlar
20 iyun 2022 14:36 (UTC +04:00)

TikTok-dakı fırıldaqçılar – Falçılar insanları belə aldadırlar

Son zamanlarda sosial şəbəkələrdə insanları müəyyən üsullarla aldadıb qazanc əldə etmək istəyənlərin sayı artıb. 

Belə insanlar isə TikTok sosial şəbəkəsində daha çoxdur. Belə ki, bu cür profillərin adının yanında çox vaxt baxıcı sözü olur. Elə orda axtarış yerinə baxıcı yazsanız, sizə hər cür “kömək” göstərə biləcək insanları tapa bilərsiniz. 
Onu da qeyd edək ki, onların çoxu onlayn xidmət göstərir. Siz onların bank kartına pul atırsınız, onlar da sizin gələcəyinizi deyir, problemlərinizi həll edir, hətta sevgilinizlə belə sizi barışdırır. 

Düzdü, o insanlara bunu irad tutanda haqlı olaraq “Biz onları məcbur etmirik ki” deyirlər. Amma bu falçılara aldanıb, sonradan pulunu qaytarmaq istəyənlər də az olmur. Çünki ortada biz düşündüyümüz dən böyük məbləğlərdən söhbət gedir. 

Bu barədə Lent.az-a açıqlama verən  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bəzi sosial şəbəkə seqmentlərində belə neqativ hallar müşahidə olunur:

“Hansısa formada insanlara vəd verməklə, onların gələcəyini oxuma, falına baxmaq adı ilə müxtəlif dələduzluq hərəkətləri var. Və bununla bağlı daxil olan müraciətlərə çevik reaksiya verilməklə müvafiq tədbirlərin görülməsi təmin olunur. İndiki şəraitdə sosial şəbəkə seqmentlərində bu kimi hallarla bağlı insanlar diqqətli və məsuliyyətli olmalıdır. Belə yalan, əsası olmayan, elmi əsaslara söykənməyən, falçılıqla məşğul olan şəxslərə münasibətdə diqqətli olmalıdırlar. Diqqətli olmasalar, məsuliyyətli yanaşmasalar onların pullarının talanmasına və yaxud da əmlaklarının ələ keçirilməsinə gətirib çıxara bilər”.
 

# 2793
avatar

Aytəkin Cəlali

Oxşar yazılar