Tələbə kreditlərinin verilməsi ilə bağlı DƏYİŞİKLİKLƏR OLDU
14 may 2024 11:15 (UTC +04:00)

Tələbə kreditlərinin verilməsi ilə bağlı DƏYİŞİKLİKLƏR OLDU

Təhsil tələbə kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib.

Lent.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarını imzalayıb. Qaydaya edilmiş dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər. Bu sıraya, həmçinin bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər; bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər daxildir.

Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təhsil tələbə krediti ala biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Arzu Qurbanlı

Oxşar yazılar