Təhsil kreditləri  belə qaytarılacaq
18 iyun 2021 11:37 (UTC +04:00)

Təhsil kreditləri belə qaytarılacaq

"Fərmandan gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, növbəti bir ay ərzində hazırlanaraq Nazirlər Kabinetinə veriləcək".

Lent.az məlumat verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Təhsil Tələbə Kredit Fondunun təşkil etdiyi kreditlər təxminən 2 faiz olacaq:

"Kreditlər sosial həssas qrupdan olanlar üçündür. Digərləri üçün də qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq".

Nazir əlavə edib ki, tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək:

"Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar