Şuşada Beynəlxalq Media Forum keçiriləcək
22 iyul 2022 09:05 (UTC +04:00)

Şuşada Beynəlxalq Media Forum keçiriləcək

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forum keçiriləcək.

Lent.az-ın xəbərinə görə, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılacaq.

Tədbir iştirakçılarını daşıyan təyyarə bir neçə dəqiqə əvvəl Füzuli Beynəlxalq Hava Limanına enib.

# 2280
avatar

Oxşar yazılar