Sürücülərə ŞAD XƏBƏR:  avtobus zolaqlarında xüsusi yerlər ayrılır - VİDEO
12 iyun 2025 11:51 (UTC +04:00)

Sürücülərə ŞAD XƏBƏR: avtobus zolaqlarında xüsusi yerlər ayrılır - VİDEO

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.

Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar