SOCAR “Azəriqaz” İB-də həssas qrup tərəfindən ünvanlanan müraciətlərin sayı açıqlandı - VİDEO
16 sentyabr 2022 21:54 (UTC +04:00)

SOCAR “Azəriqaz” İB-də həssas qrup tərəfindən ünvanlanan müraciətlərin sayı açıqlandı - VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyində Kütləvi İnformasiya Vasitələri və QHT nümayəndələri ilə növbəti görüş keçirilib. 

Lent.az xəbər verir ki, “Açıq qapı” aksiyasında ilk olaraq Ermənistan ordusunun Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribatlar zamanı şəhid olmuş hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəhid ailələri, qazilər, veteranlar və digər statuslu vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşılaraq diqqətdə saxlanıldığını qeyd edib. Bunun bariz nümunəsi kimi şöbə rəhbəri son 8 ayda adıçəkilən həssas qrupun üzvləri tərəfindən ünvanlanan müraciətlərin  həlli istiqamətində atılan addımları misal göstərib. Eldəniz Vəliyev cari ilin bu dövrü ərzində quruma daxil olan 710 müraciətdən 525-nin artıq icra olunduğunu vurğulayıb.

“Açıq qapı”da media nümayəndələri önündə çıxış edən Birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli qurumda 162 Qarabağ müharibəsi və 19 şəhid ailəsi üzvünün çalışdığını bildirib. Qurum rəsmisi, həmçinin qeyd edib ki, “Azəriqaz” İB-nin həyata keçirdiyi 'Mühəndis İnkişaf Proqramı"nda qalib gələn 148 nəfərdən 81-i Vətən müharibəsi iştirakçısıdır.

“Açıq qapı” aksiyasında, həmçinin 2022-ci ilin 8 ayı ərzində daxil olan ümumi müraciətlərin sayı da açıqlanıb. Bunun haqqında ətraflı məlumat verən Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev vurğulayıb ki, ünvanlanan 5412 müraciətdən əksəriyyəti debitor borcların hissə-hissə ödənilməsinə icazələrin verilməsindən ibarətdir. Şöbə rəisi eyni zamanda bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayında azalma müşahidə olunub.


 

# 1272
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53