"Səssiz" İLK ZƏNG  - Tanınmışların uşaqları MƏKTƏBDƏ
15 sentyabr 2022 10:16 (UTC +04:00)

"Səssiz" İLK ZƏNG - Tanınmışların uşaqları MƏKTƏBDƏ

Bu gün 15 Sentyabrdır... Bilik Günüdür...

Bu gün birincilərin həyata atılmasının ilk zəngi çalınacaq. Ölkədə baş verən hərbi vəziyyətlə əlaqəli “Bilik Günü” təntənəli keçirilməsə də, axı birincilər üçün bu gün çox özəldir. 

Lent.az xəbər verir ki, bu il övladı birinci sinfə gedən tanınmışlar da var.

Belə ki, bu ilin birincilər sırasında APA İnformasiya Agentliyinin Tərcümə departamentinin redaktoru Faiq Mahmudovun oğlu Fateh yer alır. Təsadüfi isə odur ki, Fatehin ibtidai sinif müəlliməsi öz nənəsidir:

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin oğlu Elcan Niftəli bu gün birinci sinfə qədəm qoyur:

İTV-nin əməkdaşı jurnalist İlahə Vəliyevanın qızı Aylin Hacıyeva da birinci sinfə gedir:

"Report" İnformasiya Agentliyinin redaktoru Namiq Hüseynovun oğlu Kənan bu gün birinci sinfə gedir:

FED.AZ saytının direktoru və baş redaktoru, "Azersigorta" shirketinin mətbuat katibi Elnur Hüseynquliyevin qızı da birinci sinifə gedir:

Daha sonra, jurnalist Tural İbadlının qızı birincilər arasındadır:

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovun əkiz qızları Aylin və Ayan məktəbə ilk qədəmlərini atır:

Vəkil Roman Qaraşovun oğlu da birincilərdəndir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun qızı bu il "Qarabağ Azərbaycandır!" deyib ilk zəngini çaldı:

Tanınmış yazıçı Kəramət Böyükçölün oğlu Barış da birinci sinfə gedir:

Məktəbə ilk qədəmlərini atanlar arasında jurnalist cütlük Orxan Ali və Yeganə Laçınzadənin oğlu da var:

Bununla yanaşı, jurnalist cütlük İlkin Həsənov və Ülkər Cəfərovanın oğulları ilk zəngi çalınan şagirdlər sırasına daxil oldu:

Birincilər içində jurnalist Nemət Orucovun qızı da var:

Eyni zamanda, bu gün işğaldan azad olunmuş Ağalı kənd tam orta məktəbində “Bilik günü” nün ilk zəngi çalınıb:

Qeyd edək ki, bu il 152 minə yaxın şagird ilk dəfə məktəbə ayaq basacaq. 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedəcək. Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Ağalıdan videogörüntünü təqdim edirik:

# 15996
avatar

Fidan İlqar

Oxşar yazılar