Salat almaq üçün mağazaya getdi: Lotereyada  1 milyon dollar   uddu
15 aprel 2024 00:31 (UTC +04:00)

Salat almaq üçün mağazaya getdi: Lotereyada 1 milyon dollar uddu

ABŞ-ın Nebraska ştatının sakini salat üçün mağazaya getməyin onu “Mega Millions” lotereyasında 1 milyon dollar udmağa səbəb olduğunu söyləyib.

Lent.az xarici mediaya istinadən bildirir ki, Fremont sakini Brant Edjinqton, Nebraska lotereya rəsmilərinə nahar üçün əvvəlcədən hazırlanmış salat almaq üçün Fremontdakı North-Bell küçəsindəki “Baker's” mağazasına getdiyini deyib.

Edjinqtonun sözlərinə görə, o, mağazadan lotereya bileti almağa qərar verib.

Bəxtəvər qalibin sözlərinə görə, bir neçə gün sonra biletini skan edəndə bilet skanerinin nasaz olduğu məlum olub və o, satıcıdan ona kömək etməsini istəyib.

“Onlar bir dəqiqəlik yoxa çıxdılar. Sonra başqa bir qadın onların yanına gəldi və onlar sadəcə mənə baxdılar. O, mənə dedi: "Bunu sənə deyəndə huşunu itirmə", - uğurlu biletin qalibi vurğulayıb.

Edjinqton əlavə edib ki, o, artıq lotereya oynamağı planlaşdırmır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5076
avatar

Oxşar yazılar