Bu gün Ramazan ayının iyirmi birinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:16-da, iftar vaxtı saat 19:08-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi birinci gününün iftar duasını təqdim edir:
“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin”.
Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah"!
Allah dualarınızı qəbul etsin!