Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.
Lent.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Anar Babayevin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Anar Babayev bu gün doğulduğu Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında dəfn olunacaq.