"Qara Cümə" fırıldaqçılığı - İQTİSADÇI AÇIQLADI
24 noyabr 2023 17:01 (UTC +04:00)

"Qara Cümə" fırıldaqçılığı - İQTİSADÇI AÇIQLADI

“Qara Cümə” ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Həmin gündə böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır. Son zamanlarda Azərbaycanda da “Qara cümə”yə maraq artıb. Ancaq bəzi sahibkarlar fərqli yollara əl atırlar. Belə ki, onlar əvvəlcədən məhsulların qiymətini artırırlar. “Qara cümə” günləri isə həmin məhsulu əvvəlki qiymətinə satır və bu yolla guya böyük endirimlərin tətbiq edildiyi təəssüratını yaradırlar.

Maraqlıdır, görəsən, bütün dünyanı bürüyən bu “Qara Cümə”də qazanc sahibi kimlərdir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, "Qara Cümə"də qazanc sahibi həm satıcıdır, həm də alıcıdır. 

Onun sözlərinə görə, çünki alıcı məhsulu daha ucuza alır və satıcı isə daha çox məhsul satır:

“Qara Cümə”də şirkət öz məhsullarını təbliğ edir. Artıq mövsümü keçən, ehtiyatlarında çox olan məhsulları daha ucuza satıb məhsul dövriyyəsini artırmaq, digəri isə brendin tanıtım reklam məsələləridir. Endirim olanda alıcılar həvəslə mağazalara axışırlar, beləcə brendin reklamı da getmiş olur. Həm də seçilmiş mallara endirim edilərək digərlərinin satışını həyata keçirə bilirlər.Alıcılarının aktivləşəməyi üçün böyük faizli endirimlər edilir. Beləliklə mağazaya çoxlu alıcı cəlb olunur. Bunun üçün şirkət müəyyən qədər ziyana getməyə də hazırdır. “Qara cümə”də məhsul alıcıya çatana qədər bir neçə prosesdən ibarət olur və hər bir prosesi idarə edənlərin də öz mənfəət marjaları var. Bu dövrdə həmin zəncirdə olan şəxslərin hər biri ya öz mənfəətlərini azaldır və ya ondan imtina edir ki, qiymətlər də münasib səviyyəyə gəlib çıxsın. Əlbəttə ki, burada rəqəmlərlə oynayanlar, fırıldaqçılıq edənlər də var. Amma bu o demək deyil ki, “Qara Cümə” mənfi bir prosesdir. Burada həm alıcılar, həm də satıcılar da faydalanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7368
avatar

Arzu Qurbanlı

Oxşar yazılar