Qar yağacaq,  güclü külək əsəcək - Sabahın HAVASI
16 dekabr 2024 12:55 (UTC +04:00)

Qar yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI

Dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 79185
avatar

Oxşar yazılar