Ölkəni cənginə alan qızılca hansı hallarda ölümə səbəb olur? – PEDİATR DANIŞDI
01 dekabr 2023 15:11 (UTC +04:00)

Ölkəni cənginə alan qızılca hansı hallarda ölümə səbəb olur? – PEDİATR DANIŞDI

Son zamanlarda qızılca xəstəliyi bütün ölkəni öz cənginə alıb. Belə ki, Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə qızılcaya yoluxanların sayı bir xeyli çoxdur. Hətta qızılcandan ölüm halları da müşahidə olunur. Maraqlısı budur ki, qızılca xüsusilə uşaqlar arasında daha çoxdur. 

Maraqlıdır, görəsən, qızılca hansı hallarda ölümə səbəb olur?

Məsələ ilə bağlı pediatr Qoşqar İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər. 

Onun sözlərinə görə, boğaz şişkinliyi, boğaz ağrısı kimi kataral əlamətlərlə başlayır:

“Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Qızılcadan ölüm halları əsasən ağırlaşmalar olduqda baş verir. Belə ki, vaxtında həkimə müraciət etmədikdə xəstəlik pnevmaniyaya və meningitə səbəb olur”.

Qoşqar İsamyılov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son iki-üç ayda qızılca geniş vüsət alıb:

“Xüsusilə də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Uşaqlar 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya olunmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15390
avatar

Arzu Qurbanlı

Oxşar yazılar