“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatıb®
21 noyabr 2022 15:40 (UTC +04:00)

“Nar”ın eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin ilk mərhələsi başa çatıb®

“Nar”ın eşitmə məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə təşkil etdiyi “Təlim Məktəbi” sosial layihəsinin cari il üçün birinci mərhələsi başa çatıb. 3 ay davam edən təlimlərdə manikür ustası sənəti üzrə peşə biliklərinə yiyələnmiş 10 iştirakçıya sertifikatlar təqdim edilib. Təlim müddətində iştirakçılara manikür peşəsinə aid bütün biliklər və dırnaq üzərində dizayn işləri öyrədilib.

Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Təlimlərin istiqaməti daha çox əmək bazarında təlabat olan sahələr üzrə müəyyənləşdirilir.

“Təlim məktəbi” layihəsinin tərəfdaşı olan “Karlarа Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov layihənin önəmindən danışaraq vurğulayıb: “Bu layihədə tərəfdaş kimi çıxış etmək qürurvericidir, çünki “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyətli gənclərin həyatında köklü dəyişikliyə səbəb olur. Təlimdən keçmiş bütün iştirakçılara uğurlar arzu edirəm”. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov isə sözügedən layihənin gənclərin həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. “Bu təlimdə əldə etdikləri biliklər iştirakçılara manikür peşəsi üzrə sərbəst işləməyə, hətta öz bizneslərini qurmağa da imkan yaradır. Əsas məqsədimiz bu kəsimdən olan gənclərin monetar sərbəstlik qazanmasına dəstək olmaqdır” - deyə o bildirib.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. “Nar”ın cəmiyyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi digər layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

# 1041
avatar

Oxşar yazılar

Azərbaycanda doğumun  sayı artdı

Azərbaycanda doğumun sayı artdı

31 yanvar 2023 , 20:31
Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabah Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

31 yanvar 2023 , 16:27
Metro və marşrutlarda gedişhaqqı artırıldı

Metro və marşrutlarda gedişhaqqı artırıldı

31 yanvar 2023 , 16:00
Bu da oldu: Qayınata  28 yaşlı gəlini   ilə evləndi - FOTO

Bu da oldu: Qayınata 28 yaşlı gəlini ilə evləndi - FOTO

31 yanvar 2023 , 13:24
Emin Əmrullayevə yeni müavin təyin olundu

Emin Əmrullayevə yeni müavin təyin olundu

31 yanvar 2023 , 12:44
Sabah  külək əsəcək   - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

31 yanvar 2023 , 12:25
Azərbaycanda 215 uşaq övladlığa verilib

Azərbaycanda 215 uşaq övladlığa verilib

31 yanvar 2023 , 11:19
XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

31 yanvar 2023 , 11:05