Koronavirusla bağlı  SON STATİSTİKA:   33 nəfər öldü
14 sentyabr 2021 18:31 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA: 33 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar