Koronavirusa yoluxma və ölüm sayı açıqlandı
02 yanvar 2022 16:33 (UTC +04:00)

Koronavirusa yoluxma və ölüm sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 617 679 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib, aktiv xəstə sayı 8 235 nəfərdir.

Ölkədə son sutka ərzində 6 435, hazırkı dövrədək isə 5 876 764 test aparılıb.

# 1935
avatar

Oxşar yazılar