Koronavirus daha 36 nəfəri öldürdü -  SON STATİSTİKA
15 aprel 2021 16:37 (UTC +04:00)

Koronavirus daha 36 nəfəri öldürdü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər müalicə olunaraq sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir. 

Ölkədə son sutka ərzində 14207, hazırkı dövrədək isə 3068679 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar