Yanvarın 29-da güclü yüksək dərəcəli günəş partlayışı baş verib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
“Yanvarın 29-da 3559 nömrəli günəş ləkələri qrupunda (N28W86) rentgen diapazonunda 61 dəqiqə davam edən M6.8 partlayışı aşkar edilib. Partlayış HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub”, - məlumatda bildirilir.
Mütəxəssislər maqnit qasırğasına səbəb ola biləcək partlayışdan sonra proton axınının Yerə yaxın kosmosa daxil olmasını qeyd edirlər.