Gəncədə intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayaş 29 yaşlı Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarım tikilidə özünü asıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Qeyd edək ki, T. Aslanova ailəli olub, 2 övladı var. Faktla bağlı araşdırma aparılır.