Əməliyyat zamanı TikTokda canlı yayım edən cərraha xəbərdarlıq edilib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.
"Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib", - açıqlamada bildirilib .
Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı TikTokda canlı yayım açıb.