Doğuş zamanı ayrılan əkizlər  30 ildən sonra görüşdülər: elə kədərlə qarşılaşdılar  ki...
08 dekabr 2024 13:37 (UTC +04:00)

Doğuş zamanı ayrılan əkizlər 30 ildən sonra görüşdülər: elə kədərlə qarşılaşdılar ki...

Çinin Henan əyalətində doğum evində ayrılan əkizlər 30 ildən sonra sosial şəbəkələrdə gözlənilmədən bir-birlərini tapıblar. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2021-ci ildə tanış olan Çjan Li və Şen Keke, dərhal təəccüblü bir oxşarlıq görüblər və oxşarlıqlarını təsdiqləyən DNT testi keçirməyə qərar veriblər. Hekayə internetdə tez bir zamanda populyarlıq qazanıb və unikal əlaqə hiss edən bacılar ortaq elektron ticarət biznesinə başlamaq qərarına gəliblər.

Lakin, ilk həyəcana baxmayaraq, onların işgüzar əməkdaşlığı kövrək olub. Vaxtaşırı qarşıdurmalar və fikir ayrılıqları işi bulandırmağa başlayıb: Li tez-tez canlı yayım zamanı xəbərdarlıq etmədən yoxa çıxıb və bu da Kekenin narazılığına səbəb olub. Li Keke uzaqda olarkən kirayə mənzillərindən bütün birgə əşyaları götürəndə gərginlik zirvəyə çatıb. Mübahisə müvəqqəti həll olunsa da, fikir ayrılıqları davam edib.

Keke, Linin xərcləri bərabər şəkildə bölüşdürmək vədlərinə baxmayaraq, kirayə və yemək də daxil olmaqla xərclərin əksəriyyətini ödəməli olduğunu iddia edib. Öz növbəsində, Li Kekeni bir çox layihələrin uğursuzluğunda günahlandırıb və işlədikləri müddətdə 600 min yuan (82 min dollardan çox) itirdiklərini bildirib. Nəticədə Li, Kekenin dəstəkləməyə gəldiyi Denfenqedə mağaza açmağa qərar verib, lakin biznesin idarə edilməsində fərqliliklər səbəbindən yeni müəssisə başqa bir münaqişəyə çevrilib.

2023-cü ilin yanvarında bacılar başqa bir mübahisədən sonra nəhayət ayrılıblar və o vaxtdan bəri ünsiyyət qurmayıblar. 

Doğulanda ayrılan və birlikdə uğursuz bir işdən sonra yenidən ayrılan əkizlərin hekayəsi onların mürəkkəb münasibətlərinə ictimaiyyətin diqqətini çəkərək əsl dram halına gəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7434
avatar

Oxşar yazılar