Bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaq? - CAVAB
30 yanvar 2024 12:02 (UTC +04:00)

Bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaq? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu bu ilin yanvarında pensiyaya çıxanların pensiyasının artması ilə bağlıdır.

Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək.

Bəs, bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı? 

Lent.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib. 

Onun sözlərinə görə, "Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır:

"Ötən ilin yekun əmək haqqı artımının 11.0 faizə yaxın olacağı gözlənilir. Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7959
avatar

Fidan İlqar

Oxşar yazılar