Bir  qovun   böyüklüyündə: bəşər tarixində  ən böyük dolu   nə vaxt yağıb?
24 mart 2024 19:00 (UTC +04:00)

Bir qovun böyüklüyündə: bəşər tarixində ən böyük dolu nə vaxt yağıb?

Meteorologiya tarixində dağıntılara və zərərə səbəb olan iri dolu yağması çox olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məsələn, Banqladeşin Qopalqanc bölgəsinə ən böyük dolunun düşdüyü məlum olub. “Əlamətdar” hadisə 1986-cı il aprelin 14-də baş verib.

Dolunun çəkisi 1,02 kiloqram olub.

2003-cü il iyunun 22-də ABŞ-ın Nebraska ştatında yerləşən Avrora şəhərinə uzunluğuna görə ən böyük dolu düşüb.

Ölçmələrin nəticələrinə görə, buz parçasının diametri 17,7 santimetr, ümumi dairəsi isə 47,6 santimetr olub.

Dolu evin damına düşəndən sonra qismən parçalandığı üçün onun çəkisi qeydə alınmayıb.

Daha bir “rekord” 2010-cu il iyulun 23-də ABŞ-ın Cənubi Dakota ştatının Vivian şəhərində qeydə alınıb.

Həmin gün daha bir iri dolu qeydə alınıb, onun uzunluğu 47,3 santmetr, çəkisi isə 0,88 kiloqram olub.

Belə dolu düşməsinin səbəb ola biləcəyi dağıntıları təsəvvür etmək üçün böyük hündürlükdən yerə düşən kiçik bir buz qovununu təsəvvür edin.

O, şüşəni və avtomobilin gövdəsini, həmçinin dam plitələrini asanlıqla qıracaq - kəllə sümükləri haqqında nə deyə bilərik.

 

# 2736
avatar

Oxşar yazılar