Bakıda bu körpü təmirə bağlanır
11 noyabr 2023 13:38 (UTC +04:00)

Bakıda bu körpü təmirə bağlanır

Noyabr ayının 12-i səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, aparılacaq işlərlə əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7272
avatar

Oxşar yazılar