Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Höküməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Lent.az-a verilən məlumata görə, təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.
Qeyd olunur ki, bu müddətdə sakinlərə maşınlarla su veriləcək.