Azərbaycanda İLK:  Pavloniya bitkisi yetişdirilir
05 avqust 2022 19:45 (UTC +04:00)

Azərbaycanda İLK: Pavloniya bitkisi yetişdirilir

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində pavloniya bitkisinin çoxaldılaraq yetişdirilməsinə başlanılıb.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, az qulluq tələb edən bu ağac bir çox sahələrdə, xüsusilə mebel sənayesi və dekorativ bitkiçilikdə istifadə olunur.

Bu bitkinin kütləvi çoxaldılmasına nail olmaqla mebel sənayesində xaricdən alınan materialın qismən qarşını almaq mümkün olacaq. Çox sürətli böyüməsi ilə tanınan pavloniya ağacı ildə təxminən 3-4 metr boy atır.

Ölkəmizdə hələ çox tanınmayan pavloniya ağacının vətəni Çindir. Yaponiya, Avstriya, ABŞ, Vyetnam, Laqos, Tailand, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransa da daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir.

Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla, qovaq əkini aparılan yerlərdə bitir. Orta ömrü 70 il olan bir ağacdır. Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür.

Pavloniyanın gövdəsi çox hamardır və taxtası çox qiymətlidir.

# 1740
avatar

Oxşar yazılar