Azərbaycana Əfqanıstandan qaçqınlar gəlir? – Rəsmi  AÇIQLAMA
25 avqust 2021 15:17 (UTC +04:00)

Azərbaycana Əfqanıstandan qaçqınlar gəlir? – Rəsmi AÇIQLAMA

“Taliban” qruplaşmasının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi və ölkədəki xaotik vəziyyətin dərinləşməsi bölgədə qaçqın probleminin yenidən gündəmə gəlməsinə səbəb olub. Əfqanıstanda baş verən hadisələrdən sonra əhalinin böyük bir hissəsi yeganə çıxış yolunu ölkədən baş götürüb qaçmaqda görüb. Türkiyə-İran sərhədi vasitəsilə qanunsuz yollarla Türkiyəyə daxil olan əfqan mühacirlərin vəziyyəti son həftələr geniş müzakirə olunur.

Belə bir vəziyyəti nəzərə aldıqda, görəsən, Əfqanıstandan ölkəmizə mühacirət etmək istəyənlər varmı?

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a verilən məlumata görə, hələlik əfqanlar mühacirət üçün kömək istəməyiblər:

“Əfqanıstanda baş verən son hadisələrdən sonra qaçqın statusu almaq üçün heç bir əfqan müraciət etməyib”.

Onu da qeyd edək ki, Türkiyə də öz növbəsində var gücü ilə qaçqınların qarşısını almağa çalışır. Türkiyə hökuməti bu məqsədlə İranla sərhəddə beton divarlar çəkir. Bu ölkə ərazisində onsuz da Suriya, Livan və İraqdan gəlmiş 4 milyon qaçqın məskunlaşıb.

Xatırladaq ki, 20 il bundan əvvəl "Taliban" Əfqanıstanda hakimiyyətdən gedəndə təxminən 1000 nəfərə yaxın əfqanıstanlı – əfşarlar, xəzərlər, puştunlar, ölkənin digər türkdilli və farsdilli nümayəndələri Azərbaycanda özünə sığınacaq tapmışdılar. Ancaq onların hamısı ölkəmizdə qalmadı. Son 10-15 il ərzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bir neçə yüz insan Azərbaycandan üçüncü ölkələrə yönləndiriliblər. Bu təşkilatın sayəsində indi onlar ABŞ, Kanada və Avropa ölkələrində yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4760

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47