“Azərbaycanda istifadə edilən dörd peyvənd növündən üçü 18 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunur”.
Lent.az məlumat verir ki, bu sözləri TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O bildirib ki, dörd növdən biri olan “AstraZeneca” peyvəndi ölkəyə məhdud sayda gətirilib:
"Buna görə də ondan 60 yaş yuxarı şəxslərin peyvəndlənməsi zamanı istifadə edilir".