Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən  AÇIQLAMA:   “İtməmişəm” - FOTO
25 may 2022 21:32 (UTC +04:00)

Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən AÇIQLAMA: “İtməmişəm” - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanlı qadın televiziyaya çıxaraq ərinin yoxa çıxdığını və boşanmaq üçün onu axtardığını bildirib.

Lent.az xəbər verir ki, ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində axtarılan Məmmədov Emil Ərşad oğlu Oxu.Az-la əlaqə saxlayaraq yoxa çıxmadığını və bu məlumatın yalan olduğunu bildirib:

“Mən itkin düşməmişəm. Hazırda Bakı şəhərindəyəm. Dünən Xoşqədəm xanımın yanında da oldum. Dedim, bura “Səni axtarıram” verilişidir, mən də burdayam, siz kimi axtarırsınız? Şəklimi efirdən götürün”. İnsanlar bilib-bilmədən şərh edirlər. Mənim də qohumum, tanışım var. Hamı yazır ki, sənin şəklini televiziyada görmüşük. Verilişə zəng etdim, dedim məni qoşun efirə, mən itməmişəm. Veriliş uzandı, uzandı, sonra da vaxt bitdi, məni efirə qoşmadılar. Onlar şou yaradırlar, reytinq qazanırlar. Belə şey olmaz!

Yoldaşım əlaqə saxlamaq istəsə, mənim nömrəm var. Boşanmaq istəyirsən, gəl boşanaq. Mən yeddi aydır özümü öldürürəm, yeddi ay öncədən ona dedim ki, gəl boşanaq. Məhkəməyə müraciət etdim, yoldaşım məhkəməyə gəlmədi. İndi efirə məni biabır etmək məqsədi ilə çıxıb. Yoldaşım boşanmaq istəyir, getsin məhkəməyə. Mən də gedim boşanım, uşağın alimentini verim. Nəinki 18 yaşına qədər, ölənə kimi də qızıma baxmağa, aliment verməyə razıyam”.
 

# 3291
avatar

Oxşar yazılar