Anasını baltalayaraq öldürən şəxsdən YENİ XƏBƏR
28 aprel 2022 08:50 (UTC +04:00)

Anasını baltalayaraq öldürən şəxsdən YENİ XƏBƏR

Xaçmazda anasını qətlə yetirməkdə təqsirləndirilən Ramiz Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümmətovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, Ramiz Sultanov münaqişə zəminində anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanların keçirdiyi əməliyyat zamanı Ramiz Sultanov tutularaq istintaqa cəlb edilib.

# 2781
avatar

Oxşar yazılar