31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olundu -FOTO
24 avqust 2023 13:26 (UTC +04:00)

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olundu -FOTO

Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızıda dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Rüstəmov Araz Bağı oğlu 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub. 1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.

 

 

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO  - YENİLƏNİB 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO  - YENİLƏNİB 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO  - YENİLƏNİB 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO  - YENİLƏNİB 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub - FOTO  - YENİLƏNİB

# 2364
avatar

Oxşar yazılar