Səhiyyə Nazirliyi bəzi ixtisaslar üzrə imtahanların nəticələrini açıqladı
15 iyul 2011 17:25 (UTC +04:00)

Səhiyyə Nazirliyi bəzi ixtisaslar üzrə imtahanların nəticələrini açıqladı

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də dermatovenerologiya, mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 102 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib.

Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 89 (87%) nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları kardiologiya, revmatologiya və nevrologiya ixtisasları üzrə iyulun 20-də keçiriləcək.
# 547

Oxşar yazılar