I ixtisas qrupu üzrə imtahanın nəticələri iyulun 12-də açıqlanacaq
11 iyul 2011 10:55 (UTC +04:00)

I ixtisas qrupu üzrə imtahanın nəticələri iyulun 12-də açıqlanacaq

İyulun 10-da I ixtisas qrupu üzrə imtahan normal keçib, abituriyentlərə öz biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.

Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə söyləyib.

İmtahan başa çatandan sonra həm imtahanın gedişi haqqında protokollar, həm də cavab kartlarının emalı prosesi aparılır. Düzgün cavablar TQDK-nın saytında yerləşdirilib və imtahanın sonuna qədər əyləşib gözləyən və beləliklə sual kitabçalarını özləri ilə götürən abituriyentlərin öz nəticələrini hesablaması üçün şərait yaradılıb. TQDK-nın saytında cavablara əsasən, balların hesablanması üçün xüsusim proqram yerləşdirilib.

Protokolların ilkin oxunmasına əsasən, 900-dən çox qeydiyyatdan keçmiş abituriyent imtahana gəlməyib, 60-a yaxın abituriyent imtahandan xaric olunub. Onlar əsasən imtahan zamanı köçürməyə cəhd göstərən abituriyentlərdir. 2 abituriyent imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiyi üçün imtahandan xaric olunub. 1 abituriyent isə başqa dostunun yerinə imtahan verməyə cəhd göstərib.
# 638

Oxşar yazılar