TQDK I ixtisas qrupu üzrə imtahanın düzgün cavablarını açıqladı
11 iyul 2011 10:07 (UTC +04:00)

TQDK I ixtisas qrupu üzrə imtahanın düzgün cavablarını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan və rus bölməsi üzrə bütün variantların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib.

Qeyd edək ki, I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
# 2649

Oxşar yazılar